Yükdaşıma zamanı dəyən ziyanı kim ödəməlidir? - VİDEO

Son vaxtlar ev və ofislərin köçürüşməsi zamanı yükləri daşımaq üçün xüsusi firmalar peyda olub. Onların xidmətindən istifadə üçün bir zəng yetər. Özü də bu xidmət rəsmi sənəd imzalanaraq həyata keçirilir. Ancaq heç də hamı yükünü belə firmalarla daşımır. Bu məqsədlə hər hansı bir yük maşınını və bir neçə fəhləni tutub işlədənlər də var. Bəs bu zamanı sınan və ya itən əşyaların məsuliyyətini kim daşıyır?...
Bir zənglə yüklər yığılır, istənilən ünvana daşınılır. Son zamanlar ev və ofis köçlərini yük daşıma firmaları həyata keçirir. Sirafişçi zəng edib danışır, xidmət və ödənişdə razılığa gəldikdən sonra müqavilə bağlanır. Firmalar daşınacaq yükün məsuliyyətini bu sənədlə üzərinə götürür. Ancaq adi yük maşınları ilə yük daşıtdıranlar da az deyil. Firmalardan fərqli olaraq bunlar sifarişçi ilə yüklərin daşınma ilə bağlı hər hansı bir rəsmi sənəd imzalamır. Əməkdaşlıq şifahi sövdələşmə ilə həyata keçirilir.
Firmadan daha ucuz başa gələn bu xidmətin qiyməti məsafədən və daşınacaq yükdən asılı olur. Sövdələşmə şifahi olduğundan yükdaşıma zamanı dəyən ziyanın taleyi də mübahisə doğura bilər.
Mütəxəssislərin fikrincə mübahisə baş verməməsi üçün tərəflər arasında mütləq yazılı razılaşma olmalıdır. Əks halda məsuliyyət daşıyıcısını müəyyən etmək çətin ola bilər.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












