Reklam

Yüksək sürət bizə nə qədər vaxt qazandırır?-ARAŞDIRMA - VİDEO

Qaydalar 17 Fevral 2023 14:58 Oxunub 1240
Yüksək sürət bizə nə qədər vaxt qazandırır?-ARAŞDIRMA   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sürücülərin əksəriyyəti elə düşünür ki, yüksək sürət zamana qənaət edir. Sürət həddini aşanda "tələsirəm" ifadəsi isə bəhanəyə çevrilib. Bəs görəsən həqiqətən də yüksək sürət bizə nə qədər vaxt qazandırır?


Saatda 80 km sürətlə hərəkət etdikdə 16 km-lik bir məsafəni 12 dəqiqəyə qət etmək olur. Bu sürətlə qəza riski çox aşağıdır. Amma cəmi 10 km/saat sürəti artırmaq bizə 2 dəqiqə vaxt qazandırır. Qəza riskini isə 2 dəfə artırır. Beləliklə, hər 10 km/saat sürəti artırdıqca qazanacağımız vaxt 1-2 dəqiqə arasında dəyişir. Amma qəza riski hər dəfə ikiyə vurulur. Saatda 50 km/sürət həddini aşanda isə cəmi 5 dəqiqə vaxt qazanmış oluruq. Amma 12 dəfə qəza riski artır.

Daha çox qəzalar sürət həddini aşanda baş verir. Təəssüf ki,  sürücülərimiz xüsusilə magistral yollarda yüksək sürətə üstünlük verir. Boş yoldur deyib sürəti artırırlar. Amma düşünmək lazımdır ki, bu sizin həyatınız bahasına tamamlana bilər. Unutmayın ki, 5 dəqiqə tez çatmaq sizin həyatınızdan önəmli deyil.

Nurlan Sakitoğlu

Nərmin Əkbər

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh