Yüksək sürətlə ötmə qaydasını pozan sürücü qəza şəraiti yaratdı - VİDEO
Qaydalar 3 May 2021 11:39 Oxunub 3252
Yüksək sürətlə ötmə qaydasını pozan sürücü qəza şəraiti yaratdı - VİDEO

Aprelin 30-u paytaxtın Babək prospektində ötmə və manevr qaydasını pozan sürücü təhlükə yaradıb. Avtosfer.az xəbər verir ki, 10-HY-118 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü Babək prospektində yüksək sürətlə hərəkət edərkən qarşıdakı avtomobili öncə sağdan ötüb. Daha sonra onun qarşısına keçərək qəza şəraiti yaradan sürücü, irəlidəki avtomobili də sağdan ötərək yoluna davam edib.

Əksər  sürücü yol polislərinin yanında qaydaları pozmadan hərəkət edib özlərini intizmalı göstərməyə çalışırlar. Lakin yol polisi və nəzarət kameraları olmayan ərazidə kobud qayda pozuntuları törədərək məsuliyyətdən kənarda qaldıqlarını düşünürlər.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh