Yüksək sürətli yolda məsuliyyətsizlik: Sürücü dayanıb qəzanı izlədi - VİDEO

Buzovna-Maştağa yolunda qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
“Avtosfer.az”ın məlumatına görə, hadisə aprelin 8-də saat 16:48 radələrində baş verib. Belə ki, 77-GU-722 dövlət nömrə nişanlı “Ravon” markalı avtomobilin sürücüsü ən sol zolaqda dayanaraq yolun əks istiqamətində baş vermiş qəzanı izləyib. Bu səbəbdən həmin zolaqla hərəkət edən digər nəqliyyat vasitələrinin yolu kəsilib və qəza şəraiti yaranıb. Xoşbəxtlikdən sürücülər vaxtında reaksiya verərək təhlükədən yayına biliblər.
Qeyd edək ki, yolun hərəkət hissəsində, xüsusilə də intensiv istifadə olunan zolaqlarda əsassız dayanma yalnız inzibati məsuliyyət yaratmır, eyni zamanda qəza riskini artırır. Qanunvericiliyə əsasən, sürücülər nəqliyyat vasitəsini yalnız məcburi hallarda və təhlükəsizlik qaydalarına riayət etməklə dayandıra bilərlər. Əks istiqamətdə baş verən hadisəni izləmək üçün hərəkəti dayandırmaq isə nəqliyyat axınının pozulmasına, diqqətin yayınmasına və zəncirvari qəzalara səbəb ola biləcək davranış hesab olunur.
Nərmin
Yağışlı havada "avtoş"luq edən saxlanıldı
Bakıda sürücülər arasında gərginlik: “Öz zolağımla gedirəm, sən çıxırsan üstümə” - VİDEO
Qarşıdan gələn maşının yolunu kəsib qəza şəraiti yaratdı - 77-RY-378 - VİDEO
Biləcəridə bu piyada keçidinin önü hər gün bağlanır; yolu keçmək çətinləşir - VİDEO
Musabəyov parkının yanındakı bu işıqforda hansı halda hərəkəti davam etdirə bilərsiniz? – İZAH - VİDEO
Taksi duracağını zəbt edib sürücünü çıxılmaz vəziyyətdə qoydular - VİDEO
Maşını motosikletin üzərinə sürüb təhlükəli anlar yaşatdı - VİDEO
Abşeronda növbəti REYD: 23 motoxuliqan SAXLANILDI - VİDEO
Masazırda sürücü qırmızı işıqda yolayrıcına girdi – 10-MR-414 - VİDEO
Bakıda sürücü qəzadan son anda xilas oldu - VİDEO
Əks yola çıxan sürücü maşınlara qəza şəraiti yaratdı - VİDEO












