Yuxu tutdu, maşını ağaca çırpdı - 2 ölü - VİDEO

Sükan arxasında yatan sürücü qəzaya düşüb. Yoldan çıxaraq ağaca çırpılan avtomobildə 2 nəfər ölüb. Hadisə Oğuzda baş verib. Sürətlə gedən avtomobil ağaca çırpılıb, 2 nəfər ölüb. Hadisə Qəbələ - Oğuz yolunun Padar kəndindən keçən hissəsində olub. Kərimli kənd sakini Namiq Həmidzadə avtomobillə Oğuz istiqamətinə gedərkən qəfildən idaretməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Zərbənin təsirindən sürücü hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişin Kərimli kənd sakini 55 yaşlı Bənövşə Əsgərova isə xəstəxanada dünyasını dəyişib. İlkin ehtimallara görə, hadisənin baş verməsinə sürücünün sükan arxasında yatması səbəb olub. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq bölməsi tərəfindən araşdırmalar aparılır.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












