Yuxulu sürücü problemi - Qəzaların qarşısını necə ala bilərik?

2021-ci ilin 9 ayı ərzində cinayət sayılan yol-nəqliyyat hadisələrinin respublika üzrə statistikası açıqlanıb - 1171 yol-nəqliyyat hadisəsi, 504 nəfər həlak olan, 1043 nəfər isə yaralı.
Günbəgün artan qəzaların günahkarı kimdir?
Avtosfer.az bildirir ki, bununla bağlı yol hərəkətinin təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov öz fikirlərini bölüşüb. Ekspert rəsmi statistika üzrə hadisələri çeşidləyəndə ortaya çıxan mənzərədən söz açıb:
"Nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi – 475 hadisə və ya hadisələrin 40,6 %-i; Əks istiqamətli hərəkət zolağına çıxma və ötmə qayadalarını pozma – 360 hadisə və ya hadisələrin 30,7 %-i; Yolayrıclarını keçmə qayadalarını pozma – 116 hadisə və ya hadisələrin 9,9 %-i; Nəqliyyatın sərxoş vəziyyətdə idarə edilməsi – 14 hadisə və ya hadisələrin 1,2 %-i; Sükan arxasında yatma – 9 hadisə və ya hadisələrin 0,77 %-i. Əslində bunlar hadisələrin səbəbləri yox, törədilən qayda pozuntularıdır. Səbəbləri araşdıran olsa, daha maraqlı və faciəli mənzərə üzə çıxar”.
Ə.Hüseynovun sözlərinə görə, qəzalarla bağlı araşdırma aparılmayan elementlər mövcuddur:
"Rəsmi statistikada yenə də yol infarstrukturunda olan qüsurlar - səkisiz yollar, qaranlıq küçələr, dağılmış yollar, nişan çatışmazlığı, tənzimlənməyən yolayrıcları və s. Eyni zamanda yol hərəkəti təhlükəsizliyinin idarə edilməsindəki boşluqlar - sürücü hazırlığı və sürücü olma təcrübəsindəki qüsurlar, nəzarətdəki boşluqlar, iş və istirahət rejiminin pozulması və başqa səbəbdən baş verən hadisələrə dair məlumat yoxdur. Çünki bu elementlər üzrə heç bir araşdırma aparılmır.
Amma statistikanın son elementi maraqlıdır. Belə məlum olur ki, yollarımızda baş verən cinayət sayılan yol-nəqliyyat hadisələrinin 0,77 %-i, yəni təxminən hər 130 hadisədən biri sürücünün sükan arxasında yatması nəticəsində baş verir. Deməli, yollarımız yorğun, intensiv istismar edilən sürücülərlə doludur”.
sfera
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












