Yüzlərlə can daşıyır, amma qanundan xəbəri yoxdur - VİDEO

"BakuBus"a məxsus avtobusun sürücüsü yol hərəkəti qaydasını kobud şəkildə pozub. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Ceyhun Hacıbəyli və Hənifə Ələsgərov küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, 99-JL-622 qeydiyyat nişanlı, 67128 eyniləşdirmə nömrəsilə fəaliyyət göstərən avtobusun sürücüsü nizamanlanan yolayrıcının keçilməsi qaydasını pozub. O, sola dönən zaman qarşıdan sağa dönən minik avtomobilinə yol verməyib. Daha sonra isə "mən soldayam, yol mənimdir" deyərək özünə haqq qazandırıb. Onun haqsız iradına dözməyən motosiklet sürücüsü də müdaxilə edib və avtobus sürücüsünə qanunvericiliyin tələblərini bildirib.
"Yol hərəkəti haqqında" qanunun 76-cı maddəsində qeyd olunub ki, relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir. Bu qaydanın pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 100 manat məbləğində cərimə nəzərdə tutulub.
Fərid
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO
Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO
"AA" seriyalı avtomobilin sürücüsü yolu kəsdi - VİDEO
Şəhərin mərkəzində nişanlara məhəl qoymayan sürücü qaydanı pozdu - VİDEO
Yolayrıcını düzgün keçə bilməyən avtobus sürücüsü əks yola çıxıb maneə yaratdı - VİDEO









