Ziya Bünyadov prospektində "ara işləyən" sürücüdən ŞİKAYƏT VAR - VİDEO
Qaydalar 5 İyun 2021 21:45 Oxunub 15592
Ziya Bünyadov prospektində "ara işləyən" sürücüdən ŞİKAYƏT VAR  - VİDEO

Bakıda yol hərəkəti qaydasını pozan sürücü barəsində redaksiyamıza şikayət daxil olub. Oxuculardan biri qeydə aldığı videogörüntünü göndərərək qayda pozan sürücünün hərəkətlərinin ictimailəşdirilməsini xahiş edib. Avtosfer.az xəbər verir ki, 99-OK-967 qeydiyyat nişanlı "Opel" markalı avtomobilin sürücüsü mayın 27-i paytaxtın Ziya Bünyadov prospektində intensiv hərəkət zamanı avtomobillərin arasından keçərək manevr qaydasını pozub. Onun bu hərəkətinin digər sürücülərə maneə yaratması videoda aydın şəkildə əks olunub.

Videogörüntünü qeydə alan oxucu iddia edir ki, bu sürücü paytaxt küçələrində daima yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq təhlükəli hərəkətlər edir.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh