Ziya Bünyadovda “Mercedes”lə “oyun çıxaran” sürücü görün nələr etdi - VİDEO

Paytaxtın Ziya Bünyadov prospektində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü görüntülənib.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərib. Hadisə sentyabrın 30-da saat 08:52 radələrində qeydə alınıb. Videodan göründüyü kimi, 90-UQ-102 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü əvvəlcə hərəkətdə olduğu zolaqdan sağa manevr edir. Lakin həmin zolaq boş olmadığı üçün o, iki zolağın ortasıyla hərəkət edərək digər avtomobillərə qəza şəraiti yaradır. Yolboyu israrlı davranan sürücü sol zolaqdakı “Toyota” markalı maşını dəfələrlə sıxışdırır və sonda həmin zolağa keçir. Bununla kifayətlənməyən “Mercedes” sürücüsü yenidən sağa manevr edərək iki zolağın ortasıyla hərəkətini davam etdirir. Bu vaxt “Toyota” sürücüsü onu ötüb keçir. Ardınca “Mercedes” sürücüsü sürəti artıraraq ona yaxınlaşır.
İzləyicinin sözlərinə görə, “Mercedes” sürücüsü ona yol vermədiyi üçün “Toyota”nı yolboyu sıxışdırıb və əliylə işarə edərək onun maşını kənara çəkməsini tələb edib. Sürücü dayanmadığı halda isə o, “Toyota”ya yaxınlaşıb və sürətini azaldıb. Kadrdan da aydın olur ki, təxminən eyni sürətlə hərəkət edən sürücülər hər iki zolağı tutaraq arxadan gələn nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırıblar. Hadisə şahidi əlavə edib ki, sürücülər yolboyu bir-birilərini sıxışdıraraq digər hərəkət iştiraklaçılarına mane olublar.
Nərmin
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO
Sürücü evakuatoru işıqforun altında saxlayıb hərəkətə maneə yaratdı – 77-TE-419 - VİDEO










