Banner

Zolağı düz seçməyən sürücü qayda pozub qəza şəraiti yaratdı - VİDEO

Qaydalar 30 Aprel 2025 16:30 Oxunub 614
Zolağı düz seçməyən sürücü qayda pozub qəza şəraiti yaratdı   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sumqayıt şəhəri, Koroğlu prospektində qayda pozan sürücünün görüntüsü videoqeydiyyatçıya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 29-da saat 17:50 radələrində qeydə alınıb. Belə ki , 90-NF-087 dövlət nömrə nişanlı “KIA” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. O, hərəkətdə olan maşına əhəmiyyət vermədən sağ zolağa keçib. Görüntünü qeydə alan sürücü öncə siqnal verərək ona xəbərdarlıq edib, ardınca avtomobili saxlayaraq təhlükədən xilas olub.

Kadrda “KIA” sürücüsünün qayda pozduqdan sonra sağ tərəfə döndüyü aydın şəkildə əks olunub. Təbii ki, bu halda sözügedən sürücü öncədən düzgün zolaqda, yəni sağ zolaqda yerləşməli idi. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh