Zolağı düz seçməyən sürücü qəzadan son anda xilas oldu - VİDEO
Qaydalar
23 İyun 2020 20:00
Oxunub 2760
Paytaxtın Abdulla Şaiq küçəsində hərəkət edən "Hyundai Sonata" markalı avtomobilin sürücüsü geriyə hərəkət təşkil edilmiş zolaqdan düzünə gedərkən qəzaya düşəcəkdi. Avtosfer.az xəbər verir ki, həmin yerdə həm zolaqlar üzrə 1.18 nişanlanma xətti, həm də 5.8.1 nişanı mövcuddur. Lakin sürücü bunlara əhəmiyyət verməyərək həmin zolaqdan düzünə hərəkət etmək istəyib. Bu zaman qarşısındakı avtomobil sola dönən an sürücü ayırıcı zolaqla toqquşacağını görüb qəfil sağa manevr etdi.
Xoşbəxtlikdən sağ zolaqda avtomobil olmayıb. Beləliklə sürücü qəzadan son anda yayına bilib.
Təbriz
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR