Zolağı düzgün seçməyən sürücü motosikleti aşırıb yerə çırpıldı - VİDEO
Qaydalar
15 May 2025 16:00
Oxunub 1350

Bakıda baş verən yol nəqliyyat hadisəsinin videosu anbaan kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə mayın 15-də, paytaxtın Heydər Əliyev prospektində baş verib. Belə ki, motosiklet sürücüsü sola gedəcəyi halda sağ zolaqla hərəkət edib. Yük avtomobilinin arxasından qəfil sola dönən sürücü ayırıcı zolağa çırpılaraq idarəetməni itirib. Nəticədə motosikleti aşıraraq asfalta çırpılıb. Xoşbəxtlikdən hadisə nəticəsində sürücü sağ qalıb.
Fərid
ŞƏRH YAZ














