Zolağı zəbt edən “Vito” qəza işıqlarını yandırıb tıxac yaratdı - VİDEO

Paytaxtın “20 Yanvar” metrosu yaxınlığında qayda pozan sürücü nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 30-u axşam saatlarında qeydə alınıb. Videodan göründüyü kimi, 50-EL-817 dövlət nömrə nişanlı “Mercedes Vito” markalı avtomobilin sürücüsü dayanma-durma qaydalarını pozub. Belə ki, o, maşının qəza işıqlarını yandıraraq yolun sağ zolağını zəbt edib və nəqliyyat vasitələrinə yol verməyib. Nəticədə digər hərəkət iştirakçılarına çətinlik yaradıb. Zolağın məşğul olduğunu görən sürücülər məcbur qalaraq qarşı tərəfə keçiblər. Həmçinin yolda sıxlıq yaranıb.
Qeyd edək ki, bu ərazidə hər gün dayanma-durma qaydaları pozulur. Xüsusilə taksi fəaliyyəti üzrə məşğul olan sürücülər yolun istənilən hissəsində saxlayaraq hərəkətə əngəl törətməklə yanaşı qəza riskinə səbəb olurlar.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən sürücü 20 manat cərimə ödəmək məcburiyyətindədir.
Nərmin
“BMW”ni avtobus dayanacağının içində park edən sürücü - 90-AA-346 - FOTO - YENİLƏNİB
Narkotikin təsiri altında sükan arxasına keçən sürücü yenidən saxlanıldı - FOTO
Zolağa baxmadan manevr edən sürücü qəza təhlükəsi yaratdı - VİDEO
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO









