Zolaq boş qalıb, avtobuslar solla gedir - Biabırçı mənzərə - VİDEO

Bakıda təşkil edilmiş avtobus zolağının istifadəsiz qalması ilə bağlı oxuculardan biri redaksiyamızın qaynar xəttinə müraciət edib. Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Məhəmməd Hadi küçəsindən gedir.
Emin adlı oxucu bildirir ki, sözügedən küçədəki avtobus zolağına görə hər gün yüzlərlə sürücü tıxacda qalır. Bu zolağa daxil olan zaman kamera vasitəsi ilə 100 manat cərimə yazılmasına baxmayaraq, sözügedən istiqamətdə hərəkət edən avtobus sürücülərinin heç biri həmin zolağa daxil olmur.
Qeydə alınmış videogörüntüdən də aydın şəkildə görünür ki, bir neçə avtobus sürücüsü sol zolaqla hərəkət edərək həmin zolağı zəbt ediblər. Digər sürücülərin hərəkəti üçün isə yalnız orta zolaq qalıb.
Avtobus zolaqlarına daxil olan sürücülərə qarşı ciddi addımlar atılsa da, çox təəssüf ki, avtobus sürücülərinin zolaqla hərəkət edib-etməməsinə nəzarət demək olar ki, yoxdur.
Sözügedən videonu təqdim edirik:
Fərid
Zolağa baxmadan manevr edən sürücü qəza təhlükəsi yaratdı - VİDEO
“BMW”ni avtobus dayanacağının içində park edən sürücü - 90-AA-346 - FOTO
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO








