Zolaqla gedə bilməyən sürücü maşını bir neçə dəfə sıxışdırıb təhlükə yaratdı - VİDEO
Qaydalar
30 İyul 2025 17:00
Oxunub 1222

Paytaxtın Azadlıq prospekti ilə Zərifə Əliyeva küçəsinin kəsişməsində qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “İnstagram” adresinə videomaterial göndərib. Belə ki, hərəkətdə olan 77-DK-214 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. Kadrdan da göründüyü kimi, o, hərəkətdə olduğu zolaqdan sağa keçib və görüntünü qeydə alan sürücüyə təhlükə yaradıb. Bununla kifayətlənməyən sürücü bir müddət sonra yenidən həmin maşını sıxışdıraraq qəza şəraitinə səbəb olub.
Nərmin
ŞƏRH YAZ














