“014” ilə təcili yardım maşını toqquşdu, 4 hərbiçi xəstəxanalıq oldu - VİDEO
Qəzalar
7 Avqust 2023 18:51
Oxunub 8006

Bakı-Qazax magistralının Hacıqabul rayonunun Nəvai kəndinin ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına əsasən, qəza dünən səhər saatlarında qeydə alınıb. Görüntüdən bəlli olduğu kimi, 90-EN-049 dövlət nömrə nişanlı, “VAZ-21144” markalı avtomobil, təcili tibbi yardım maşını ilə toqquşub. Qəzanın baş verməsinə səbəb yüksək sürət həddinin olduğu bildirilib. Nəticədə tamamilə yararsız vəziyyətə düşən “014”ün sürücüsü ağır, avtomobildə olan 3 nəfər sərnişin isə yüngül xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, xəsarət alan şəxslər hərbiçidir.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













