Avtosfer.az | Reklam
“07” yüksək sürətlə asfaltçəkənə çırpıldı; 3 ölü, 1 yaralı – VİDEO
Qəzalar 16 Sentyabr 2020 15:11 Oxunub 484
“07” yüksək sürətlə asfaltçəkənə çırpıldı;  3 ölü, 1 yaralı – VİDEO

Başqırdıstan Respublikasında asfaltçəkən maşının və minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 15-də axşam saatlarında “Arlan - Aşit” trasının 6-cı kilometrliyində, Krasnokamsk rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Bu barədə respublikanın Baş Dövlət Yol Polis İdarəsinin rəisi Dinar Qilmutdinov məlumat verib. 

Məlumata görə, 46 yaşlı qadın sürətlə idarə etdiyi “VAZ-2107” markalı avtomobillə, asfaltçəkən maşına çırpılıb.

Zərbənin şiddətindən “07” deformasiyaya uğrayıb.

Qəza nəticəsində sürücü, avtomobildə olan 58-32 yaşlarında kişi və qadın aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər, 18 yaşlı daha bir sərnişin isə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh