“07”də sıxılı vəziyyətdə qalan sürücü belə xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Qazax magistral yolunun Şəmkir rayonundan keçən hissəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “VAZ-2107” və “VAZ-21010" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və "VAZ-2107" markalı minik avtomobilinin sürücüsünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü, 1971-ci il təvəllüdlü Sadiqov Füzuli Mövsüm oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Mingəçevirdə "BMW" və "Opel" toqquşdu - Xəsarət alanlar var
Ağstafada "07" dirəyə çırpıldı - Xəsarət alan var - VİDEO
Vətən müharibəsi veteranı avtoqəzada həlak olub - FOTO
Bakıda avtomobillər toqquşdu, biri qəbirə çırpıldı - VİDEO
Bakıda “BMW” "Audi" ilə toqquşdu; avtomobillərdən biri yandı - FOTO
Bayram günü Neftçalada FACİƏ: İki qardaş qəzada öldü - FOTO - YENİLƏNİB
Gəncədə qəza baş verdi: 5 NƏFƏR... - FOTO
Türkiyədə avtobus qəzası: 2 ölü, 19 yaralı
Sumqayıtda ağır QƏZA: "Mercedes" aşdı, sürücü ÖLDÜ
İsmayıllıda AĞIR QƏZA: ÖLƏN var
Bakıda “Range Rover” yük maşınına çırpıldı - VİDEO










