“07”nin sürücüsü qəza törədib qaçdı - 3 yaralı - FOTO

Bakıda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə aeroport şosesinin Binə qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ-2107" markalı avtomobil sürətlə hərəkətdə olan zaman əvvəlcə maneəyə çırpılıb, sonra isə yol kənarındakı piyadanı vurub. Hadisə nəticəsində piyada, 1961-ci il təvəllüdlü, Nəzərov Mehman Ayazxan oğlu, eləcə də, avtomobildəki sərnişinlər - 63 yaşlı Məhərrəmva Xuraman Ümid qızı və onun qızı, 26 yaşlı Məhərromva Lamiyə İlqar qızı xəsarət alıblar. Yaralılar 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Avtomobilin sürücüsü isə hadisə yerini tərk edib. Hazırda polis əməkdaşları qəza törədən sürücünü axtarır.
Hadisənin törədildiyi avtomobil cərimə meydançasına yerləşdirilib. Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır. İlkin ehtimala görə, hadisəyə yüksək sürət səbəb olub. Sürücünün hadisə yerindən qaçması onun sükan arxasına sərxoş vəziyyətdə keçməsi şübhələrini də yaradır.


Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












