Banner

11-ci sinif şagirdi motosiklet qəzasında HƏYATINI İTİRDİ

Qəzalar 29 Oktyabr 2026 17:53
11-ci sinif şagirdi motosiklet qəzasında HƏYATINI İTİRDİ
WhatsApp kanalımıza abunə olun

Siyəzəndə 11-ci sinif şagirdi motosiklet qəzası nəticəsində həyatını itirib.

Avtosfer.az bizim.media-a istinadən xəbər verir ki, dəhşətli qəza rayonun Böyük Həmyə kəndində baş verib.

Kənd məktəbinin 11-ci sinif şagirdi Oqtay Elməddin oğlu Kərimov Siyəzən şəhərindən kəndə qonaq gələn həmyaşıdı Murad Əkbər oğlu Əzimova məxsus motosikleti idarə edərkən qəza törədib. Motosiklet yaşayış evinə girib.

Qəzada ağır xəsarətlər alan Oqtay Kərimov Bakıya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma başlanılıb.

 

Oxunub : 76
ŞƏRH YAZ
Ad

E-mail

Şərh