133 nömrəli avtobus qırmızıda keçib qəza törətdi - Ölənlər var - YENİLƏNİB

Qəzalar 30 Oktyabr 2024 15:36 Oxunub 438
133 nömrəli avtobus qırmızıda keçib qəza törətdi - Ölənlər  var - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

TƏBİB-dən cavab olaraq bildirilib ki, Respubliia Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ötən gün saat 23:30 radələrində Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım həkimi tərəfindən hadisə yerində 2 nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

***

09:25

Bakıda marşrut avtobusu ağır qəza törədib. Avtosfer.az xəbər verir ki, hadisə Binəqədi qəsəbəsi ərazisində baş verib. Belə ki, Əkbər Mehdiyevin idarə etdiyi 133 nömrəli xətt üzrə hərəkət edən “Karsan” markalı avtobus Binəqədi şosesi ilə Zəngəzur küçəsinin kəsişməsində işıqforun qırmızı işığında hərəkətini davam etdirib.

Nəticədə avtobus yaşıl işıqla öz yoluna davam edən “Opel Corsa” markalı avtomobilə çırpılıb. İdarəetmədən çıxan avtomobilin hərəkətdə olan “Changan” və “Hyundai Santa Fe” markalı avtomobillərə çırpılması nəticəsində zəncirvari qəza baş verib.

“Opel Corsa”nın sürücüsü Azər Mirzəxan oğlu Əyyubov və sərnişini Cavid Mahir oğlu Məmmədov qəza yerində həlak olub. “Changan”ın sürücüsü Babək Orucov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh