133 nömrəli avtobus qırmızıda keçib qəza törətdi - Ölənlər var - YENİLƏNİB

TƏBİB-dən cavab olaraq bildirilib ki, Respubliia Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ötən gün saat 23:30 radələrində Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım həkimi tərəfindən hadisə yerində 2 nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.
***
09:25
Bakıda marşrut avtobusu ağır qəza törədib. Avtosfer.az xəbər verir ki, hadisə Binəqədi qəsəbəsi ərazisində baş verib. Belə ki, Əkbər Mehdiyevin idarə etdiyi 133 nömrəli xətt üzrə hərəkət edən “Karsan” markalı avtobus Binəqədi şosesi ilə Zəngəzur küçəsinin kəsişməsində işıqforun qırmızı işığında hərəkətini davam etdirib.
Nəticədə avtobus yaşıl işıqla öz yoluna davam edən “Opel Corsa” markalı avtomobilə çırpılıb. İdarəetmədən çıxan avtomobilin hərəkətdə olan “Changan” və “Hyundai Santa Fe” markalı avtomobillərə çırpılması nəticəsində zəncirvari qəza baş verib.
“Opel Corsa”nın sürücüsü Azər Mirzəxan oğlu Əyyubov və sərnişini Cavid Mahir oğlu Məmmədov qəza yerində həlak olub. “Changan”ın sürücüsü Babək Orucov isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Binəqədi RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.
Azərbaycanda yol qəzalarının sayı azalıb: Bəs ölüm halları niyə yüksəkdir? - RƏY
Xırdalan dairəsində qəza: Moped “Chevrolet”lə toqquşub aşdı - VİDEO
Bərdədə tanınmış həkimin avtomobillə vurub öldürdüyü Fəridin FOTOsu
Qazaxda ikisi uşaq olmaqla dörd nəfərin öldüyü qəzanın səbəbi bu imiş... - VİDEO
Dəhşətli qəzada ölənlər tanınmış aşığın oğlu və nəvələri imiş - FOTO
Beyləqanda maşın su arxına aşdı - Sürücü öldü
Azərbaycanda ağır qəzada ölən ata və qızın FOTOSU
Təcili yardım maşınıyla tikinti materialı daşıyan sürücü qəza törətdi - VİDEO
Sumqayıtda “KIA” və “Renault” toqquşdu - VİDEO
Yola baxmadan qəfil manevr edən sürücü qəza törətdi - ANBAAN VİDEO
“Şamaxinka”dakı qəzada ölən kuryerin dəfninə dostları belə gəldi - VİDEO












