17 yaşlı oğlanı maşın vurdu: sürücü qaçıb - Bərdədə

Bərdə rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb. Belə ki, rayon sakini 2000-ci il təvəllüdlü İlqar Vüqar oğlu Məmmədovu yolu keçmək istəyərkən sürücüsü hələlik məlum olmayan "VAZ-2107" markalı avtomobil vurub. Sürücü hadisə yerindən qaçıb. Yaralı isə ətrafdakıların köməyi ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, yaralıya ilkin tibbi yardım göstərilib, vəziyyəti ağır olaraq qalır. Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Hadisəni törədərək hadisə yerindən qaçan sürücünün tapılması və istintaqa cəlb edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












