179 nəfərin öldüyü qəzanın ilkin versiyaları açıqlandı

Cənubi Koreyada “Boeing” sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı üç əsas versiya açıqlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Bildirilib ki, həmin versiyalar quşla toqquşma, mühərrikdə, eniş şassisində və əyləc sistemlərində problemlər, həmçinin fövqəladə vəziyyət zamanı uçuş-enmə zolağının kifayət qədər uzunluqda olmamasıdır.
Materialda bildirilir ki, ilkin araşdırma təyyarənin quşların vurması səbəbindən nasaz olduğunu göstərir. Eyni zamanda, bəzi analitiklərin fikrincə, “Boeing”də texniki problemlər ola bilərdi, çünki quşların zərbəsi bütün kritik sistemlərin sıradan çıxmasına səbəb ola bilməzdi. Bundan əlavə, ekspertlər hesab edir ki, belə bir qəzada təyyarənin həm mühərrikləri, həm də əyləcləri sıradan çıxmalı idi.
Bütün bu amilləri nəzərə alaraq, Hanseo Universitetinin Uçuş Tədris Mərkəzinin direktoru Kim Kyu Van hadisəni “çox qeyri-adi” adlandırıb.
(unikal)
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var
Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR











