Banner

"189 Delivery" şirkətinin kuryeri qəza törədib görün nə etdi - VİDEO

Qəzalar 20 Aprel 2021 21:23 Oxunub 6676
"189 Delivery" şirkətinin kuryeri qəza törədib görün nə etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda moped sürücüsünün qəza anı avtomobildəki kameraya düşüb. Xoşagəlməz hadisə ilə üzləşən sürücü Avtosfer.az">Avtosfer.az-a müraciət edərək bildirib ki, aprelin 17-i paytaxtın Rəşid Behbudov küçəsində hərəkət edən zaman moped sürücüsü onun avtomobilini vurub.
"Svetoforun yaşıl işığında sol zolaqla hərəkətə başladığım zaman, "189 Delivery" şirkətinə məxsus motokuryer sağ tərəfdən avtomobilimin qapısına toxunaraq yan güzgünü qatdaladı. Sürət  7-10km/s-dan artıq olsaydı və əyləci vaxtında sıxmasaydım moped sürücüsü təkərin altında qalacaqdı. Motokuryer hadisədən sonra üzr istəmək əvəzinə yüksək səslə və əl işarələri edərək bildirir ki, sən məni arxadan vurmusan, mən dönmə işıqlarını yandırmışdım. Ona bildirdim ki, video çəkilib. Əgər narazısansa şikayət edərsən. O isə əhəmiyyət verməyib məni günahkar çıxartmağa davam etdi".

Zərərçəkmiş sürücü bildirir ki, hadisə ilə bağlı "189" şirkətinə zəng etsə də məsul şəxslər onunla danışmaq istəməyib.
 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh