“189”un taksi sürücüsü piyadanı vurdu – FOTO

Bakıda taksi sürücüsü piyadanı vurub. Avtosfer.az gününsəsi.info-ya istinadən xəbər verir ki, Səbail rayonunda yol nəqliyyat hadisəsi baş verib. 20-ci sahə adlanan ərazidə “Daewoo” markalı avtomobilin sürücüsü yolu keçmək istəyən 29 yaşlı Fuad Mirzəyevi vurub. Piyada hadisə yerinə çağrılan təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Fuad Mirzəyevin vəziyyətini tibbi müdaxilədən sonra həkimlər orta ağır olduğunu bildiriblər. Hadisə yerinə polis əməkdaşları gəliblər. Qəzanı törədən sürücünün ifadəsi alınıb. Avtomobil cərimə meydançasına yerləşdirilib. Faktla əlaqədar cinayət işi başlanıb. Yol nəqliyyat hadisəsinin baş vermə səbəbləri təyin olunan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.


Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












