2 gün əvvəl Şəkidəki qəzada yaralanan 4 hərbçidən biri dünyasını dəyişdi

Qax rayonundan toydan qayıdarkən Şəkidə avtomobil qəzasına uğramış 4 hərbçidən biri dünyasını dəyişib. Avtosfer.az-ın Virtualaz.org-a istinadən məlumatına görə, 2 gün əvvəl toydan qayıdan zaman avtomobil qəzasında ağır xəsarətlər alan 1994-cü il təvəllüdlü Salyan rayon sakini Məhəmməd Qalib oğlu Heydərov ötən axşam dünyasını dəyişib. Xatırladaq ki, iki “Mercedes”in qarşı-qarşıya toqquşduğu həmin qəzada maşınların birində olan 3 nəfər ölmüş, 5 nəfər yaralanmışdı. Yaralılardan 4 nəfəri həbrbçi idi. Həmin vaxt vəziyyətləri nisbətən sabitləşən yaralılar - Murad Bağırov, Elvin Qasımlı və Rəşad Aslanlı Gəncə şəhərindəki hospitala göndərilmişdi. Başından ağır xəsarət alan Məhəmməd Heydərov isə koma vəziyyətində Bakıda yerləşən Hərbi Hospitala yerləşdirilmişdi. 24 yaşlı Məhəmməd Heydərov bu gün Salyan rayonunda torpağa tapşırılacaq.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












