20 gündür komada olan Əsmərin atası: “Vuran şəxs hələ də azadlıqdadır”

Xəbər verdiyimiz kimi, aprelin 19-da Qazax rayonunda avtomobilin vurması nəticəsində 8 yaşlı Əsmər Haqverdiyeva 20 gündür ki, komadadadır. Lakin hadisənin üzərindən 20 gün keçməsinə baxmayaraq Əsməri vuran şəxs hələ də hüquq-mühafizə orqanları tərəfindən həbs edilməyib.
Avtosfer.az xəbər verir ki, bu barədə aznews.az-a xəstənin atası Nizami Qaraoğlu məlumat verib. N.Qaraoğlu məsələ ilə əlaqədar Qazax rayon Prokurorluğunda olub: “Prokurorun baş köməkçisi ilə görüşdüm. Mənə dedi ki, bu məsələ ilə yol polisi məşğul olur. Həmin şəxs mənim qızımdan əvvəl daha iki avtomobil qəzası keçirib. Vüsal hazırda azadlıqdadır. Əsmər Qazax Rayon Diaqnostika Mərkəzində olarkən çatışmayan dərmanları alıb. 4 gündür ki, Əsmər Bakıya gəlib, lakin Vüsal bir dəfə də onun səhhəti ilə maraqlanmayıb”.
N.Qaroğlu əlavə edib ki, baş verən hadisə ilə bağlı qaynar xəttə də məlumat verib: “Amma heç bir addım atmayıblar. Qızımı şikəst edən şəxsdən şikayətçiyəm. Polis rəisi ilə görüşəcəm, istəyimi ona bildirəcəm”.
Xatırladaq ki, 8 yaşlı Əsmər Haqverdiyeva aprelin 19-da avtomobil qəzası keçirib və hadisə nəticəsində ağır travma alaraq Qazax rayon xəstəxanasına yerləşdirilib. Daha sonra isə Bakıya gətirilərək 1 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO










