21 yaşayış məntəqəsini birləşdirən yolda sürüşmə aktivləşib - FOTO

Astara rayonunun ucqar dağ kəndlərinə gedən Deqədi-Pəlikeş avtomobil yolunda torpaq sürüşməsi prosesi aktivləşib. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, ümumi uzunluğu 21 kilometr olan yolda son vaxtlar tez-tez çökmələr və sürüşmələr baş verir.
Yoldan 21 yaşayış məntəqəsinin 12 min nəfər əhalisi istifadə edir. Yoldakı mövcud vəziyyət yerli icra strukturların nəzarətindədir. Çalalara, çöküntülü yerlərə mütəmadi olaraq çınqıl döşənir. Bununla belə, sürüşmə prosesi aktivləşir. Hazırda yolda ən bərbad vəziyyət rayonun Baxışoba kəndindən keçən ərazidə müşahidə olunur. Burada yol təqribən yarım metrə qədər çöküb, digər bir yandan isə dərəyə doğru sürüşmə aktivliyi artıb. İndi yolda avtomobillərin hətta birtərəfli hərəkəti mümkünsüzdür.
Astara rayonunun yerli icra strukturları Deqədi-Pəlikeş avtomobil yolunda baş verən torpaq sürüşmələri prosesinin qarşısını almaqla əlaqədar əsaslı işlərə yaz-yay aylarında başlanacağını bildiriblər. Hələlik isə yola nəzarəti gücləndirməklə, nəqliyyat vasitələrinin rahatlığını təmin etməkdən ötrü çala-çuxurlar çınqılla doldurulur.


Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












