23 yaşlı qızı vuran avtomobil daha sonra yoldan çıxaraq aşdı: 2 yaralı - VİDEO

Qaxda 23 yaşlı qızı maşın vurub. Avtosfer.az arbşəki-yə istinadən xəbər verir ki, hadisə Qax şəhəri M.V.Vidadi küçəsində baş verib. Qax şəhər sakini 38 yaşlı Abid Abidov idarə etdiyi 10-GF-070 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən, yolu keçmək istəyən piyada, Pərvanə Nəzərovanı vurub. Qəza nəticəsində idarəetməni itirən sürücü yoldan çıxaraq avtomobili aşırıb. Piyada və sürücü aldıqları müxtəlif bədən xəsarətləri ilə Qax Mərkəzi rayon Xəstəxanasına çatdırılıblar. Onlara ilkin tibbi yardım göstərilib, sürücünün xəsarətləri yüngül oduğundan ambulator müalicə almaq şərtilə evə buraxılıb. 23 yaşlı Pərvanə Nəzərova isə xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilib. Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












