24 yaşlı Məryəmin öldüyü hadisənin TƏFƏRRÜATI - FOTO

“Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın bacısı Məryəm avtoqəzada həlak olub.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, faciəvi hadisə iyunun 12-si saat 21 radələrində paytaxtın Nizami rayonu ərazisində - Babək prospektində baş verib.
Belə ki, həmin vaxt İman Həsənovun idarə etdiyi “İveco” markalı marşrut avtobusu ilə paytaxt sakini 2002-ci il təvəllüdlü Rövşən Muradovun sürdüyü “Chery” markalı avtomobil toqquşub.
Nəticədə, R.Muradov, sərnişini 2002-ci il təvəllüdlü Məryəm Elxan qızı Məmmədova və avtobusun 3 sərnişini xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardıma baxmayaraq, Məryəm Məmmədova iyunun 15-nə keçən gecə xəstəxanada vəfat edib.
Qeyd edək ki, Məryəmin atası Elxan Məmmədov Gəncə Şəhər İcra Hakimiyyətində uzun müddət məsul vəzifələrdə işləyib. Babası Müsəddin Məmmədov 40 ilə yaxın Gəncə şəhəri İ.Qayıbov adına 1 saylı orta məktəbin direktoru olub.
Məryəm bu gün Gəncədə dəfn edilib.


Ucarda ard-arda iki “Chevrolet” qəzaya düşdü - VİDEO
Qarşısına çıxan “KIA”dan yayınan yük maşını divara çırpıldı - ANBAAN VİDEO
İki rayonda piyadaları maşın vurub öldürdü - ANBAAN VİDEO
Qoyun daşıyan yük maşını yolun ortasına aşdı - VİDEO
Əhməd Rəcəblidə AĞIR QƏZA: Avtomobillərə ciddi ziyan dəydi - VİDEO
Bakıda "Karl Maks"da növbəti qəza: Avtomobillər toqquşdu - VİDEO
Naxçıvanda qəza: 6 nəfər xəsarət alıb - FOTO
Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb - VİDEO
Sumqayıtda DƏHŞƏTLİ QƏZA - Sabah toyu olacaqdı...
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO












