24 yaşlı piyadanı maşın vurdu - Xaçmazda
Qəzalar
17 Noyabr 2016 19:55
Oxunub 1184

Araşdırma aparılır
Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, Gəndob-Yalama yolunda Xaçmaz rayonunun Qımılqışlaq kənd sakini, 1992-ci il təvəllüdlü Beydiyev Arza Əvəz oğlunu maşın vurub. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













