“28 May” stansiyası yaxınlığında iki “BakuBus” avtobusu toqquşdu - VİDEO - YENİLƏNİB

Bu gün saat 13:30-da 28 May Nəqliyyat Mübadilə Mərkəzində "BakuBus" MMC-nin istismarında olan 120 nömrəli marşrut xətti üzrə hərəkət edən 99-JO-223 dövlət qeydiyyat nişanlı avtobus ilə 1 nömrəli marşrut xətti üzrə hərəkət edən 77-JS-291 dövlət qeydiyyat nişanlı avtobus toqquşublar.
Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib.
Məlumatda qeyd olunub ki, ilkin araşdırmaya əsasən, hadisəyə 1 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsünün dönmə əməliyyatı zamanı düzgün manevr etməməsi səbəb olub:
"Qəza nəticəsində xəsarət alan olmayıb, avtobusların hərəkət qrafiki qısa müddətdə bərpa olunub".
***14:06
Metronun "28 May" stansiyasının yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, 1 və 120 nömrəli "BakuBus" avtobusları dönmə əməliyyatını düz etmədikləri üçün toqquşublar.
Nəticədə avtobuslara zərər dəyib, hər ikisinin şüşələri qırılıb.














