3 avtomobil toqquşdu: xəsarət alanlar var - Bakıda
Qəzalar
7 İyul 2017 09:49

Qəza zamanı 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb
Bakıda 3 avtomobil toqquşub. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, Zabrat qəsəbəsində 99 LF 096 dövlət qeydiyyat nişanlı "Kia Cerato" markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkət edərkən əks yola çıxaraq "Lexus" və "Opel" markalı avtomobilə çırpılıb. Nəticədə "Kia Cerato"da olan 18 yaşlı Nəbizadə Niyazi Nizami oğlu, 23 yaşlı Hüseynov Hüseyn Elcan oğlu və 18 yaşlı Əliyev Elməddin Tələt oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə zamanı "Kia" və "Lexus" markalı avtomobillər deformasiyaya uğrayıb. Qəza yerinə yol polisi əməkdaşları cəlb edilib və hər üç avtomobil cərimə meydançasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxunub : 1468
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 15:41
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
14 Oktyabr 2026 15:30
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
14 Oktyabr 2026 15:18
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
14 Oktyabr 2026 14:30
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
14 Oktyabr 2026 12:06
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
13 Oktyabr 2026 15:30
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
13 Oktyabr 2026 10:18
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
13 Oktyabr 2026 10:00
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
13 Oktyabr 2026 09:53
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
13 Oktyabr 2026 08:46
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
12 Oktyabr 2026 17:50
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
12 Oktyabr 2026 17:00
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
ŞƏRH YAZ




















