3 nəfərin öldüyü avtobus qanunsuz işləyirmiş - RƏSMİ AÇIQLAMA

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bu gün paytaxtın Qaradağ rayonunda avtobusların iştirakı ilə baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.
Avtosfer.az xəbər verir ki, AYNA sərnişindaşıma fəaliyyəti göstərən avtobusun qanunsuz işlədiyini açıqlayıb:
“Dekabrın 25-də Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi aidiyyəti qurumlar tərəfindən araşdırılır.
Araşdırmalarla müəyyən edilib ki, “İsuzu” markalı avtobus qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı mikroavtobusla toqquşub.
Yol-nəqliyyat hadisəsinin başvermə səbəbləri və hüquqi qiymətləndirmə təyin olunmuş avtotexniki ekspertizanın rəyinə uyğun olaraq müəyyən ediləcək.
Qəza nəticəsində həyatını itirənlərin yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik”.
Qeyd edək ki, baş verən qəza nəticəsində avtobusda olan şəxslərdən 3-ü həlak olub, daha 8 nəfər yaralanıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
İki yük maşını toqquşdu; partlayış baş verib, ölən var - VİDEO
Naxçıvanda iki avtomobil toqquşdu - “Niva” aşdı - FOTO
Təhlükəli manevr edərək qəza törədən "Prius" sürücüsü cəzalandırıldı - VİDEO
Tikinti kranı qatarın üzərinə düşdü - 29 ölü - FOTO - YENİLƏNİB
Naxçıvanda yolun buz bağlaması qəzaya səbəb oldu - VİDEO
Türkiyəyə müalicəyə aparılan azərbaycanlı gənc öldü - FOTO
Tovuzda yük avtomobilləri toqquşdu - VİDEO - YENİLƏNİB
Xaçmazda 3 avtomobil toqquşdu - FOTO - YENİLƏNİB
Yüksək sürət 21 yaşlı gənci öldürdü – 19 yaşlı sürücü ağır qəza törətdi - FOTO - VİDEO
Gürcüstanda qəzada yaralanan azərbaycanlı qız öldü - FOTO
Zaqatalada avtomobil aşdı - Ölən və yaralanan var











