3 sərnişinin ölümünə səbəb olan sürücüyə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Baloğlan Ağakişiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az lent.az-a itsinadən bildirir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Baloğlan Ağakişiyev 11 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, yol-nəqliyyat hadisəsi keçən il sentyabrın 17-də saat 09 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsində baş verib. Sumqayıt şəhər sakini Baloğlan Ağakişiyev idarə etdiyi "Ford Tranzit" markalı mikroavtobusu yolun kənarındakı yol ayırıcısına vurub. Nəticədə onun sərnişinlərindən - Xırdalan şəhər sakini Ofeliya Məmmədova, Masallı rayon sakinləri Elnur Cəfərov və Amil Abdullayev hadisə yerinə ölüb, 9 sərnişin isə xəstəxanaya yerləşdirilib. Araşdırmalar nəticəsində o da məlum olub ki, B.Ağakişiyevin sürücülük vəsiqəsi avtobus idarə etməyə yol vermirmiş. Həmçinin onun idarə etdiyi nəqliyyat vasitəsinin sərnişindaşıma ilə bağlı qanuni sənədi - lisenziyası olmayıb. Qəzaya düşən "Ford Transit"ə verilmiş lisenziya müddəti 2012-ci ildə başa çatıbmış və həmin vaxtdan sonra lisenziya alınmayıb.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












