32 ton tutumu olan maşına 66 ton yük yığdılar - Yol polisi SAXLADI - VİDEO

Normadan artıq yüklənmə yolları sıradan çıxarmaqla yanaşı qəza riskini də artırır.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə müraciətində qeyd olunub.
Bildirilib ki, BDYPİ əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı 99-GU-473 dövlət qeydiyyat nişanlı "Shacman" markalı yük avtomobilinin çəki parametrləri elektron tərəzi vasitəsilə yoxlanılıb. Yoxlama nəticəsində icazə verilən maksimum kütləsi 32 ton olan nəqliyyat vasitəsinin faktiki kütləsinin 66 ton təşkil etdiyi müəyyən edilib.
Bu da nəqliyyat vasitəsi üçün müəyyən edilmiş maksimum kütlə həddinin iki dəfədən artıq aşılması deməkdir. Belə hal nəqliyyat vasitəsinin təhlükəsiz istismarına ciddi təsir göstərməklə yanaşı, yol-nəqliyyat hadisəsinin başvermə ehtimalını artırır və yol örtüyünün vaxtından əvvəl sıradan çıxmasına səbəb olur.
Ümumilikdə, nəqliyyat vasitələrinin normadan artıq yüklənməsi tormoz məsafəsinin uzanmasına, manevr və dayanıqlıq imkanlarının azalmasına, təkərlərə, tormoz və asqı sistemlərinə düşən gərginliyin artmasına gətirib çıxarır. Bu isə idarəetmənin itirilməsi, texniki nasazlıqların yaranması və ağır yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır.
Eyni zamanda, normadan artıq yüklənmiş ağırtonnajlı nəqliyyat vasitələrinin istismarı yol örtüyünün, körpülərin və digər yol qurğularının zədələnməsinə, onların istismar müddətinin azalmasına səbəb olur.
BDYPİ yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxsləri, eləcə də sürücüləri müəyyən edilmiş çəki normalarına ciddi əməl etməyə və normadan artıq yüklənmiş nəqliyyat vasitələrinin istismarına yol verməməyə çağırır.
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB
Mərdəkan şosesində QƏZA: Su maşını "Range Rover"lə toqquşdu - VİDEO
Yağışlı havada daha bir DƏHŞƏTLİ QƏZA - VİDEO












