33 yaşlı kişini vuran avtomobilin sürücüsü qaçdı - Bakıda

Bakının Qaradağ rayonunda 33 yaşlı kişi yolu keçib, mağazaya getmək istəyərkən onu maşın vurub. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, hadisə Qobustan qəsəbəsi ərazisində qeydə alınıb. 1983-cü il təvvəllüdlü Hacıyev Elşad Əhliyyət oğlu yaşadığı evdən çıxaraq, yaxınlıqdakı marketə yollanıb. Yolu keçmək istəyən E.Hacıyevi yüksək sürətlə hərəkətdə olan avtomobil vurub. Maşının sürücüsü yaralı piyadanı köməksiz vəziyyətdə qoyaraq, ərazidən uzaqlaşıb.
Ağır xəsarətlər alan E.Hacıyev başqa sürücülər tərəfindən 1 saylıŞəhər Kliniki Xəstəxanasına çatdırılıb. Xəstəxanadan Musavat.com-a verilən məlumata görə, onun vəziyyəti orta-ağırdır.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır. Sürücünün kimliyini müəyyən etmək üçün yaxınlıqdakı müşahidə kameralarının görüntülərinə baxış keçirilir.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












