39 saylı avtobusun vurduğu qadın öldü - Qaçan sürücü saxlanıldı

Bakının Yasamal rayonunda marşrut avtobusunun vurduğu qadın dünyasını dəyişib. Avtosfer.az-ın məlumatına görə, hadisə nəticəsində xəsarət alan 1988-ci il təvəllüdlü Əsgərova Günel Adəm qızı aldığı xəsarətlərdən dünyasını dəyişib. Hadisə nəticəsində qadının qucağında olan 1 yaşlı uşaq isə yüngül xəsarət alıb. Avtobusun sürücüsünün hadisə yerindən qaçdığı bildirilir. 39 saylı marşrut avtobusunun sahibkarı Araz Mirzəyev Trend-ə açıqlamasında bildirib ki, hadisəni törədən sürücü Saatov Hakim Aslan oğlu saxlanılıb. Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, eyni əməllər zərərçəkmiş şəxsin ölümünə səbəb olma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrilə cinayət işi başlanılıb.
Qeyd edək ki, bu gün səhər saatlarında paytaxtın Yasamal rayonu ərazisində, "İnşaatçılar" metro stansiyasının qarşısında 39 saylı xətt marşrutu üzrə hərəkət edən 99 XV 274 dövlət nömrə nişanlı "DAEWO" markalı avtobus dayanacağa çırpılıb. Həmin vaxt dayanacaqda olan qadın və 1 yaşlı uşaq xəsarət alıb.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












