39 yaşlı qadını maşın vurdu: sürücü qaçıb - Qazaxda

Qazax rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun 1-ci Şıxlı kəndində baş verib. Belə ki, kənd sakini, 1978-ci il təvəllüdlü Əhmədova Yeganə Zakir qızı yolu keçmək istəyən zaman hələki markası və sürücüsü bilinməyən avtomobil tərəfindən vurulub. Müxtəlif bədən xəsarətləri alan piyada yaxınlıqdakıların köməyi ilə xəstəxanaya çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yaralıya sağ təpə nahiyəsinin yumuşaq toxumunun əzilməsi və hematoma, sağ incik sümüyünün sınığı diaqnozu qoyulub. Y.Əhmədovaya ilkin tibbi yardım göstərilib və palataya yerləşdirilib. Faktla bağlı Qazax Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb, hadisəni törədən sürücünün tapılması istiqamətində tədbirlər görülür.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












