4 yaşlı oğlan qəzada öldü, anası və dayısı ağır xəsarət alıb - Ağdaşda

Ağdaş rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan 4 nəfərdən biri ölüb. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, ötən gün Ağdaş-Qəbələ avtomobil yolunun 8-ci kilometrliyində “QazEL” markalı yük maşını ilə “VAZ - 2107” markalı minik avtomobili toqquşub. Nəticədə sürücü, Yevlax sakini, 1994-cü il təvəllüdlü Bəhruz Bəşirli, Qəbələ sakinləri olan sərnişinlər, 1993-cü il təvəllüdlü Tural Şükürov, onun bacısı, 1991-ci il təvəllüdlü Güldanə Məhərrəmova və bacısının oğlu, 2013-cü il təvəllüdlü Yusif Məhərrəmov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Ağdaş rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılan şəxslərdən Yusif Məhərrəmovun həyatını xilas etmək mümkün olmayıb, digərlərinin vəziyyəti ağırdır. Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












