43 yaşlı kişini maşın vurdu - Zaqatalada

Zaqatalada toy məclisindən çıxıb evə gedən kişini maşın vurub. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə ötən gecə saat 21.00 radələrində Zaqatala şəhərində fəaliyyət göstərən şadlıq saraylarından birinin qarşısında baş verib. Zaqatala rayonunun Mamrıx kənd sakini, 1973-cü il təvəllüdlü Şaban Məhəmməd oğlu Şıxıyev rayonun Yuxarı Tala kənd sakini İsayev Şahid Ömər oğlunun idarə etdiyi “VAZ 2106” markalı, 34 BB 930 dövlət nömrə nişanlı avtomobillə vurulub.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 43 yaşlı kişi təcili olaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, ona ilkin yardım göstərildikdən sonra Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












