63 yaşlı sürücü 72 yaşlı qadını vurub öldürdü – VİDEO

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası olub. Avtosfer.az arbtv-yə istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 7:00 radələrində şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Şəhər sakini 63 yaşlı Əjdər Rzayev idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobillə yolu keçən piyada, 72 yaşlı Xədicə Abdullayevanı vurub.
Qadın aldığı xəsarətdən yerindəcə keçinib. Sürücü isə qəzanı törətdikdən sonra hadisə yerindən qaçıb. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər.
Meyit Məhkəmə Tibbi Ekpertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb. Məlumata görə, Xədicə Abdullayeva Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyində süpürgəçi işləyirmiş.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












