68 yaşlı kişini maşın vuraraq öldürdü - Oğuzda

Oğuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, iyulun 4-ü axşam saatlarında Oğuz rayon sakini Sultan Gülməmmədov idarə etdiyi “VAZ 21074” markalı, 48 BC 789 dövlət nömrə nişanlı avtomobillə şəhər ərazisində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, Oğuz şəhər sakini, 1949-cu il təvəllüdlü Vidadi Nüsrət oğlu Ağayevi vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Vidadi Ağayev Oğuz Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib.
Xəstəxanadan bildirilib ki, Vidadi Ağayevə xəstəxanada lazımı tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Qəbələ MRX-a göndərilib. Lakin o, dünyasını dəyişib. Faktla bağlı Oğuz rayon Polis Şöbəsində araşdırma aparılır.
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı










