74 yaşlı piyadanı avtomobil vurub - Zaqatalada

Zaqatalada piyada avtomobillə vurulub. Avtosfer.az xəbər verir ki, bu barədə apa-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün səhər saat 08 radələrində rayonun Suvagil kənd yolunda baş verib. Suvagil kənd sakini, 1966-cı il təvəllüdlü Xatirə Məmməd qızı Soltanova idarə etdyi “VAZ 21099” markalı, 62 BF 988 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən qəfildən maşının qarşısına çıxan piyada, rayonun Gözbarax kənd sakini, 1942-ci il təvəllüdlü Cəbrayıl Əli oğlu İsayevi vurub. Qəzadan sonra hadisəni törədən sürücü Xatirə Soltanova yoldakı adamların köməkliyi ilə xəsarət alan 74 yaşlı Cəbrayıl İsayevi Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.
Zaqatala RMX-dan bildirilib ki, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Cəbrayıl İsayevə ağır qapalı kəllə-beyin travması və sol baldırın sınığı diaqnozu qoyulub, vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıblar - VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB












