8 ayda velosiped qəzalarında – 11 ölü, 11 yaralı

Bu ilin 8 ayı ərzində Azərbaycanda 21 velosiped qəzası baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
K.Əliyev bildirib ki, baş vermiş velosiped qəzaları nəticəsində 11 nəfər ölüb, 11 nəfər yaralanıb.
K.Əliyevin sözlərinə görə, hadisənin 4-ü velosipedçilərin təqsiri üzündən baş verib və nəticədə 2 nəfər ölüb, 2 nəfər yaralanıb. Digər hadisələr isə velosipedçilərin avtomobil tərəfindən vurulması səbəbindən baş verib.
Polis polkovniki bildirib ki, velosiped sürənlər bəzən təhlükəsizlik qaydalarına əməl etmir, dəbilqə taxmır, yolun əks istiqamətində hərəkət edir, işıqlandırıcı vasitələrdən istifadə etmirlər:
""Yol hərəkəti haqqında" qanunun 38-ci maddəsində deyilir ki, mühərriksiz velosipedi idarə edən şəxs xüsusi velosiped zolaqları ilə, bunlar olmadıqda isə yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə hərəkət etməlidir. Velosiped sürən şəxs texniki baxımdan saz və lazımi təchizatlı velosipeddən istifadə etməli, velosipedi idarə etməyə mane olan yük və ya sərnişin daşımamalıdır. Velosiped nəqliyyat vasitəsi hesab edildiyindən onu sürənlərin də avtomobil yollarından istifadə etmək hüquqları var".
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












