80 yaşlı dekan qəzaya düşdü

Bakı-Qazax maqistral yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Avtosfer.az anspress-ə istinadən bildirir ki, Gəncə şəhər sakini 1936-cı il təvəllüdlü Zahid Hümmət oğlu Abbasov Bakıdan Gəncəyə gələrkən Kürdəmir rayonu ərazisində qəza törədib. Hadisə zamanı avtomobildə sürücü ilə birlikdə 3 nəfər olub. Digər iki nəfər qəzadan xəsarətsiz ötüşsə də, 80 yaşlı Zahid Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkən əvvəlcə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına, daha sonra isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.
Xəstəxanadan yaralının vəziyyətinin orta-ağır olduğunu bildirdilər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Zahid Abbasov fizika-riyaziyyat elmləri namizədi, Gəncə Dövlət Universitetinin həndəsə və cəbr kafedrasının dosentidir. O, universitetin müəllimi və riyaziyyat fakültəsinin dekanı işləyib.

Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












