81 yaşlı qadını maşın vurub

Bakının Yasamal rayonunda avtomobil yolu keçmək istəyən piyadanı vurub. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə Şərifzadə küçəsində baş verib.
Ağdamdan olan məcburi köçkün, 81 yaşlı Marosa Şıxıyeva naməlum avtomobil tərəfindən ailəsinin məskunlaşdığı yataqxananın qarşısında vurub. Sürücü yaralını öz avtomobilinə mindirərək, naməlum istiqamətdə aparıb. Hadisədən xəbər tutan qohumları ahıl qadının axtarışlarına başlayıblar. Lakin Marosa Şıxıyevanı tapmaq mümkün olmayıb.
Bir neçə saat sonra yaralı qadın taksi ilə yaşadığı binanın qarşısına gətirilib. Taksidə başqa bir qadın sərnişin də olub. O, binanın qarşısına çatan kimi taksidən düşərək qaçmağa başlayıb. Həmin qadının Marosa Şıxıyevanı vuran avtomobilin sürücüsü və ya sürücünün yaxını olduğu ehtimal edilir.
Ailə üzvləri 81 yaşlı Marosa Şıxıyevanı xəstəxanaya aparıblar. Hadisə barədə polisə də məlumat verilib. Dərhal araşdırmalara başlayan polis əməkdaşları "Təhlükəsiz şəhər" mərkəzinin müşahidə kameralarının köməkliyi ilə 81 yaşlı piyadanı vuran sürücünü müəyyən ediblər.
Onun saxlanılması istiqamətində tədbirlər görülür.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












