ABŞ-da helikopter avtomobil yoluna düşdü – VİDEO
Qəzalar
11 Avqust 2021 23:00
Oxunub 3042

ABŞ-ın Çikaqo ştatında helikopter qəzası baş verib.
“Haber Global” bildirir ki, “Robinson R44” tipli helikopter “Chicago Executive” aeroportundan havaya qalxıb.
Bir müddət sonra texniki nasazlıq səbəbindən nəqliyyat vasitəsi avtomobil yolunun ortasına düşüb.
İnsident nəticəsində yüngül xəsarət alan pilot xəstəxanaya çatdırılıb.
Qəzanın baş verdiyi yolda avtomobillərin hərəkəti dayandırılıb. Həmçinin, helikopterin havaya qalxdığı aeroportda da bir müddət uçuşlara ara verilib.
///oxu.az
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













