ABŞ-da helikopter qəzaya uğrayıb, ölənlər var - VİDEO
Qəzalar
2 Avqust 2021 09:00
Oxunub 1014

ABŞ-ın Kaliforniya ştatının şimalında özəl helikopter qəzaya uğrayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən CBS13 telekanalı məlumat yayıb.
Məlumata görə, qəza zamanı dörd nəfər həlak olub.
Regionun polisi helikopterin avqustun 1-də günortadan sonra qəzaya uğradığını bildirib.
Hadisə ilə bağlı araşdırma təyin edilib. Qəzanın təhqiqatı Mülki Aviasiya Federal İdarəsi və Nəqliyyatda Təhlükəsizlik Milli Şurasının (NTSB) əməkdaşları tərəfindən aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













